Xəzər Xəbər

Tələbə krediti tədris ili üzrə ödəniləcək

Cəmiyyət | 12:29 • 18 İyun 2021
Tələbə krediti tədris ili üzrə ödəniləcək

Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək.

Xezerxeber.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, tələbə krediti tədris ili üzrə alacaq. Əgər növbəti tədris ilində tələbənin ehtiyacı yoxdursa kredit almaya bilər. Bu, tələbənin istəyindən və tələbindən asılıdır.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Xəbər lenti