Xəzər Xəbər

Dənizdə batanlar niyə çox olur? İlginc səbəbi açıqlandı

SN: Suda boğulmalar daha çox qeyri-qanuni fəaliyyət göstərən çimərliklərdə olur
Cəmiyyət | 15:35 • 16 İyun 2021
Dənizdə batanlar niyə çox olur? İlginc səbəbi açıqlandı

“Qanuni təşkil olunmuş çimərlik ərazisinda FHN-nin xilasediciləri, tibb işçiləri və digər əməkdaşlar olur”.

Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov " Çimərliklər" mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, FHN-in tabeliyində göstərən xilasedici məntəqələrin sayı 24-ə qədərdir: “Bunlar qanuni çimərliklərdə təşkil olunub. Boğulmalar qeyri-qanuni fəaliyyət göstərən ərazilərdə olur. Buralarda xilasedici məntəqələr və tibb işçiləri olmur. Vətəndaşların səmərəli istirahət etməsi üçün şərait yaradılan yerlərə getmələri məqsədəuyğun sayılır”./apa

Xəbər lenti