Xəzər Xəbər

Üç nazirlik insanlara xəbərdarlıq etdi: Ehtiyatlı olun

Üç nazirlik yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara çağırış edib
Cəmiyyət | 15:14 • 16 İyun 2021
Üç nazirlik insanlara xəbərdarlıq etdi: Ehtiyatlı olun

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara birgə müraciət edib.

XəzərXəbər-in xəbərinə görə, birgə məlumatda qeyd olunur ki, dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür.

“Ölkə ərazisində yanğın hadisələrinin baş verməməsi üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri fermerlərə, bələdiyyə və icra orqanları nümayəndələrinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, ümumilikdə əhaliyə müraciət edir ki, əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, biçindən sonra sahələrə od vurmasınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Çünki cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olar, meşə sahələrinin, flora və faunanın məhvi ilə nəticələnər.

Aparılan təhlillər göstərir ki, meşə sahələrində baş vermiş yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, biçindən sonra sahələrə od vuran fermerlərin, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsızlığından baş verir.

Qeyd edək ki, isti yay günlərinin və taxıl biçini mövsümünün başlaması, eyni zamanda insanların təbiət qoynuna üz tutması yanğınların başvermə ehtimalını artırır. Yanğın hadisələrinin baş verməməsi üçün hər kəsi bir daha yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırırıq”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar