Xəzər Xəbər

Bu ölkələrdən Azərbaycana gələnlər yoxlanılmalıdırlar - Təhlükə ANONSU

Cəmiyyət | 14:17 • 16 İyun 2021
Bu ölkələrdən Azərbaycana gələnlər yoxlanılmalıdırlar - Təhlükə ANONSU

"Ölkədə COVİD-ə yoluxanların sayı minimuma enib, ölüm yox dərəcəsindədir".

Bunu açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.

O bildirib ki, vaksinasiya prosesi epidemioloji vəziyyətin normallaşmasında vacib paya sahibdir:

"Statistikanın bu qədər xeyirimizə dəyişməsində vaksinasiyanın əhəmiyyəti böyükdür. Demək olar ki, vaksinasiya olunmaq istəyənlərin sayında artım var. 

Əgər həftədə bizə 100, 150 xəstə müraciət edirdisə, indi 5, 10, 15 nəfər müraciət edir. Xəstələrimizin sayı xeyli azalıb. Yumşalmalar yeni tətbiq olunur. Deməzdim ki, pandemiya bizdə bitdi, COVİD-lə vidalaşdıq, yox! Sadəcə olaraq yumşaldılmalar yeni olduğuna görə və vaksinasiya artıq yanvar ayından başladığı üçün biz bu rəqəmləri müşahidə edirik. Ancaq insanlar yenə də arxayın olmasınlar ki, yoluxma sayı azdır, vaksin vurulub, biz COVİD ola bilmərik. Yəni COVİD bitdi deyə bir şey yoxdur. Yenə də ehtiyat tədbirlərini əldən verməsinlər, özlərini qorumaq üçün mümkün qədər sosial məsafə saxlasınlar, maskadan istifadə və əl gigiyenası qaydalarına əməl etsinlər. 

Yoluxanların sayında artımın olacağını indidən bilmək olmaz. Amma hazırda vəziyyət yaxşıdır. COVİD-ə yoluxan xəstələrin sayının azalması koronavirus bitdi anlamına gəlməməlidir. Maksimum dərəcədə ehtiyatlı olmaq lazımdır.

Digər Avropa ölkələrindən gələn şəxslər COVİD testi versələr də, artıq bəzi Avropa ölkələrində ağır viruslar da yayılıb. Ona görə də, xarici vətəndaşlar və yaxud o ölkələrə səfər edən şəxslər tam yoxlanılmalı, sonra ölkəyə buraxılmalıdırlar. Bu tədbirləri artırmaq lazımdır ki, digər ölkələrdən gələnlər ətraflı müayinə olunsunlar"./Milli.Az

Rubrikanın digər xəbərləri

Xəbər lenti