Xəzər Xəbər

Bu şəxslər koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurmasın! – Həkimdən XƏBƏRDARLIQ

Cəmiyyət | 13:20 • 16 İyun 2021
Bu şəxslər koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurmasın! – Həkimdən XƏBƏRDARLIQ

"Əgər koronavirusa qarşı vaksinin birinci dozasından sonra şəxs koronavirusa yoluxursa, ikinci dozaya gərək yoxdur".

Bunu açıqlamasında Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov bildirib. Həkimin sözlərinə görə yoluxduqdan sonra qısa müddət ərzində ikinci dozanın da tətbiqi təhlükə yarada bilər:
 
"Koronavirusa yoluxub sağalan şəxsin qısa müddətdə vaksin vurdurması onun sağlamlığına ciddi təhlükə yarada bilər. Xəstəliyə yoluxduqdan sonra gərək 6 ay keçsin ki, vaksinin ikinci dozası vurulsun. Hələ ki, ikinci növ vaksinin vurulması üçün də minimum 6 ay limiti qoyulub. Peyvəndin vurulmasından 6 ay keçdikdən sonra yəqin ki, bu müddətdə dəyişiklik ola bilər. Yəni bədəndə immunoqlobinlərin miqdarından asılı olaraq müddət uzadıla bilər".
 
Həkim onu da bildirib ki, peyvənddən əvvəl bu baxımdan müayinə olunmaq zəruridir:
 
"Peyvənddən əvvəl xəstə həkim tərəfindən müayinə edilməli, təzyiqi, temperaturu ölçülməli, burun və boğazın selikli qişasının vəziyyəti yoxlanılmalıdır”./Sfera.az

Xəbər lenti