Xəzər Xəbər

İyulun 1-də və 2-də keçiriləcək imtahanların siyahısı açıqlanıb

Cəmiyyət | 10:21 • 16 İyun 2021
İyulun 1-də və 2-də keçiriləcək imtahanların siyahısı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 1-də müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib.

DİM-dən xezerxeber.az-a bildirilib ki, imtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb. İmtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
520 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti