Xəzər Xəbər

Virusdan ölüm sayı 0-a düşdü, Azərbaycanın mübarizəsi effektivdir

Cəmiyyət | 16:35 • 14 İyun 2021
Virusdan ölüm sayı 0-a düşdü, Azərbaycanın mübarizəsi effektivdir

“Azərbaycanda son bir neçə günün koronavirusa yoluxma statistikasında COVID-19-dan ölənlərlə bağlı rəqəm sıfırdır. Bu da bir neçə səbəblə bağlıdır”.

Bunu açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

R.Mahmudov gündəlik ölüm sayının azalmasını və bəzi günlər qeydə alınmamasını ölkədə pandemiya ilə əlaqəli aparılan mübarəzinin effektliyi və əhalinin vaksinasiyası, regionda və dünyada virusun yayılmasının sönməsi ilə əlaqələndirib.

Həkimin sözlərinə görə, cəmiyyət bugünkü azalma göstəricisi əsasında qarşısına hədəf qoymalıdır ki, gələcəkdə, xüsusilə də payız mövsümündə yeni dalğa qarşısında daha təhlükəsiz və effektiv mübarizə aparmaq üçün peyvəndləmənin 60%-nə nail olunsun:

“Ümid edirəm ki, ölkədə peyvəndə qarşı olan münasibət və dövlətin bu məsələnin həllində ortaya qoyduğu səylər birləşərək payız aylarına vaksinləşmiş insanların çoxluğu ilə qədəm qoya bilərik. Bununla da gələcəkdə ölkədaxili və xarici səyahətlər, sosial-mədəni həyat, iqtisadi fəallığın saxlanılmasında vacib rol oynamış olacağıq”.

Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirusdan ölən olmayıb.

Xatırladaq ki, bu günə qədər ölkədə 335 171 nəfərə virusa yoluxub. Onlardan 328 580 nəfəri artıq sağalıb. Ümumi yoluxanlardan 4 953 nəfər dünyasını dəyişib. Hazırda 1 638 aktiv koronavirus xəstəsi var./report

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti