Xəzər Xəbər

Koronavirusa qarşı üçüncü dozanı kimlər vurdurmalıdır? - AÇIQLAMA

Cəmiyyət | 15:56 • 14 İyun 2021
Koronavirusa qarşı üçüncü dozanı kimlər vurdurmalıdır? - AÇIQLAMA

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bəzi insanlarda vaksinasiya sonrası koronavirusa qarşı immun sisteminin formalaşmadığını, bu səbəblə həmin insanların üçüncü dozanı vurdurmalı olduğunu qeyd edib.

Maraqlıdır, insanlar üçüncü dozanı vurdurmalı olduğunu necə öyrənir? Ümumiyyətlə, anticisimlərin yaranmaması hansı halda mümkündür?

Məsələ ətrafında danışan infeksionist İlham Bayramov vaksinin iki dozasından sonra immun sisteminin yaranmamasının əlavə xəstəliklərdən qaynaqlanmalı olduğunu bildirib:

"Peyvənddən sonra 5-10 faiz hallarda immun sistemi yaranmaya bilər. Bu da yanaşı xəstəliklərdən, ağır xəstəliklərdən irəli gəlir. Xroniki xəstələrdə də bu hal müşahidə edə bilər. Məsələn, elə insan olub ki, vaksinasiyanın birinci dozasından sonra bədəndə antitellərin sayı 50-ə qalxıb, ikinci dozadan sonra isə bu say 1.5-ə düşüb. Bu təbii olaraq bədəndə əlavə xəstəliyin olmasına işarədir. Ümumiyyətlə, vaksinasiya prosesindən sonra immunun yaranması da eynən xəstəliyin gedişatı kimidir. Yəni ikinci xəstəliyi olsan şəxslər koronavirusu ağır keçirdiyi kimi, vaksinasiya sonrası bu insanlarda immun yaranmır və əlavə vaksinə ehtiyac duyulur. Vaksinin üçüncü dozasını qəbul etdikdən sonra isə belə şəxslərdə də xəstəliyə qarşı müqavimət yaranır".

İnfeksionist öz təcrübəsində hələ ki, peyvənd sonrası immun sistemi formalaşmayan adamın olmadığını da qeyd edib:

"Normalda belə bir təcrübəm yoxdur ki, kimsə vaksinin hər iki dozasını qəbul etsin və onda immun yaranmasın. Sağlam insanlarda vaksinasiya sonrası mütləq şəkildə koronavirusa qarşı immun sistemi yaranır. Xəstəliyə yoluxma göstəricilərində də gördüyünüz kimi ciddi azalmalar var. Lakin yenə də sadaladığım səbəblərdən dolayı bədəndə immun sistemi formalaşmazsa, 6 ay sonra şəxs üçüncü dozanı qəbul edə bilər".

Qeyd edək ki, hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 775 min 319-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 810 min 857, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 964 min 462 nəfərdir./ Sfera.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar