Xəzər Xəbər

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olunub

Cəmiyyət | 16:51 • 11 İyun 2021
Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə həyata keçirilən dəstək tədbirləri çərçivəsində daha 50 qazimizin də son nəsil protezlərlə təminatı prosesinə başlanılıb. Onlardan 8-i bu gün yüksək texnologiyalı protezlərlə təmin olunub.
Beləliklə, artıq 33 qazi yüksək texnologiyalı protezlə təmin edilib.

Nazirlikdən verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez- Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində protezlərlə təmin olunan 8 qazi ilə görüş olub, onların rəy və təəssüratları öyrənilib. Qazilərimiz –Samid Xudadlı, Ramiz Qasımov, Sərxan Quliyev, Elşən Həmidov, Asim Məmmədbəyov, Bəşir Məmişov, Hüseyn Sadıqov, Ceyhun Camalov müasir protezlərin rahat hərəkətə imkan verdiyini bildirib, göstərilən dəstəkdən razılıq ifadə ediblər.

Qeyd olunub ki, hazırda dövlət hesabına təqdim edilən protezlər dünyada bu sahədə ən qabaqcıl olan “Genium” sisteminin - yüksək aktivlik və funksionallıq dərəcəsi olan protezlərin istehsalı sisteminin standartları əsasında hazırlanır. Protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, köməkçi vasitələr olmadan sərbəst addımlamağa, qeyri-bərabər səth və panduslara uyğun və sabit, inamlı hərəkətə, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə imkan yaradır. Proqram təminatı ilə nizamlanan bu protezləri istifadə edən şəxs istədiyi rejimi seçərək onlarla rahat hərəkət imkanı qazanır.
Aşağı ətrafları amputasiya olunmuş qazilərlə yanaşı, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər davam etdirilir. Bu işlər yüksək texnologiyalı protezləşmə sahəsində ən qabaqcıl dünya təcrübəsinə malik olan İslandiyanın ÖSSUR şirkəti ilə əməkdaşlıq şəraitində aparılır. Şirkətin mütəxəssisləri tərəfindən təlimlər keçirilərək müvafiq sahədə ən müasir dünya təcrübəsi öyrənilib, həmçinin yuxarı ətrafları amputasiya olunmuş 32 nəfər qazimizdən müvafiq ölçülər götürülüb.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti