Xəzər Xəbər

Həftəsonları rayonlararası avtobuslar işləyəcək

Cəmiyyət | 15:50 • 11 İyun 2021
Həftəsonları rayonlararası avtobuslar işləyəcək

Azərbaycanda müntəzəm marşrut xətləri ilə şəhərlərarası və rayonlararası sərnişindaşımalar bütün həftəsonları sərnişinlərin xidmətində olacaq.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, bunun üçün sərnişinlərdən bilet alarkən COVID-19 pasportu tələb olunmur: ”Lakin bu, o demək deyil ki, sərnişinlərin ilkin müayinəsi aparılmayacaq. Özündə hər hansı nasazlıq hiss edən sərnişin yaxşı olar ki, bilet almasın. Sərnişinlər biletləri onlayn və ya avtovağzalın kassalarından əldə edə bilərlər”.

DANX-ın rəsmisi həmçinin əlavə edib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksində kifayət qədər sərnişin axını var və bu axın tam idarə olunur.

“Sərnişinlər istədikləri regionlara normal, müntəzəm marşrut xətləri ilə gedə bilirlər”, - deyə N. Allahyarova əlavə edib./apa

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti