Xəzər Xəbər

Təhsil naziri: 2021-2022-ci tədris ilində tam ənənəvi tədrisə qayıtmaq mümkün olacaq

Cəmiyyət | 19:55 • 10 İyun 2021
Təhsil naziri: 2021-2022-ci tədris ilində tam ənənəvi tədrisə qayıtmaq mümkün olacaq

Əgər təhsil sistemində olan insanların 80 faizdən çoxu vaksin olunarsa, 2021-2022-ci tədris ilində tam ənənəvi tədrisə qayıtmaq mümkün olacaq.

Xezerxeber.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib.

O bildirib ki, yeni tədris ili ilə bağlı gözləntilər yenə də pandemiyanın ümumi vəziyyətindən asılıdır.

Xəbər lenti