Xəzər Xəbər

Ümumtəhsil məktəblərində "Son zəng" təşkil olunacaq

Nazirlər Kabineti tərəfindən "Son zəng" tədbirlərinin keçirilməsinə icazə verilib
Cəmiyyət | 19:52 • 10 İyun 2021
Ümumtəhsil məktəblərində "Son zəng" təşkil olunacaq

"Bu il ümumtəhsil məktəblərində "Son zəng" təşkil olunacaq".

Xezerxeber.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib. 

Nazir deyib ki, bununla bağlı Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmişdi: “Nazirlər Kabineti tərəfindən "Son zəng" tədbirlərinin keçirilməsinə icazə verilib. Lakin tədbirlərin təşkili üçün müəyyən şərtlər olacaq. Bu şərtlər yaxın günlərdə açıqlanacaq. Baş nazirə təşəkkür edirəm, çalışacağıq ki, verilmiş şərtlərlə “Son zəng” tədbirlərini keçirək”.

Nazir açıqlayıb ki, bu il Azərbaycanda ümumi təhsil müəssisələrinin 11-ci sinfini 84 min 169 nəfər bitirəcək.

O bildirib ki, ümumi təhsil məktəblərində 9-cu sinfi bitirən şagirdlərin sayı isə 131 min 227 nəfərdir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar