Xəzər Xəbər

Nazirlik rəsmisindən Milli parklarla bağlı ÇAĞIRIŞ

Cəmiyyət | 17:52 • 21 May 2021
Nazirlik rəsmisindən Milli parklarla bağlı ÇAĞIRIŞ

“Azərbaycanda Milli parklarda turist marşrutlarının sayı artırılıb”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib. 

Onun sözlərinə görə, marşrut saylarının artırılmasında məqsəd yerli və xarici turistləri Milli parklara cəlb etməkdir:

“Mayın 23-ü bioloji müxtəliflik günüdür. Pandemiyadan öncə və indi də milli parklara gediş-gəliş olub. Hazırda turist marşrutlarının infrastruktunun yaxşılaşdırılması üçün işlər görülüb.

Məqsədimiz yerli və xarici turistlərə Azərbaycan təbiətini göstərmək, onların təbiətlə tanış olması üçün münbit şəraitin yaxşılaşdırılmasıdır”. 

F. Əliyev yerli və xarici turistlərə çağırış da edib:

“Sabahdan etibarən Milli parklarda tədbirlər başlayır. Biz vətəndaşları parklara dəvət edirik. Artıq parklara vətəndaşların cəlb edilməsinə başlanılıb.

Milli parklarda əvvəlki illərlə müqayisədə dəyişikliklər olub. Həm infrastruktur, həm də turlarla bağlı dəyişikliklər edilib. Turistlər milli parklarda yeniliklərlə tanış ola bilərlər”./oxu.az

Xəbər lenti