Xəzər Xəbər

2040-cı ilə qədər Bakıda velosiped yollarının uzunluğu 251 km-ə çatacaq

Cəmiyyət | 11:50 • 17 May 2021
2040-cı ilə qədər Bakıda velosiped yollarının uzunluğu 251 km-ə çatacaq

“Bakı şəhərində velosiped zolaqlarının inkişafı konsepsiyası həm Bakının Baş Planında, eyni zamanda da BNA-nın strateji inkişaf planında öz əksini tapıb”.

Bunu 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsinə dair tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, velosiped sahələri artıq bəzi şəhərlərdə mobilliyin əsasını təşkil edir: “Velosipeddən istifadə bütün dünyada getdikcə daha da genişlənir. Bakı şəhərində də velosiped nəqliyyatının inkişaf etdirilməsi, insanların bu nəqliyyat növündən istifadəsinin təşviq edilməsi məqsəd qoyulub. Ümumi strateji plana görə, velosiped yollarının uzunluğu şəhərin bulvar ərazisində 7,5 km, 2027-ci ilə qədər 63,5 km, 2040-cı ilə qədər isə 251 km-ə qədər təşkil edəcək”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
387 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti