Xəzər Xəbər

DSX əməkdaşlarının ölümü ilə bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub

Cəmiyyət | 10:26 • 17 May 2021
DSX əməkdaşlarının ölümü ilə bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) iki əməkdaşının öldürülməsi ilə bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.

O bildirib ki, DSX-nin əməkdaşlarının öldürülməsi, qanunsuz olaraq narkotik vasitələrin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən qurumun istintaq idarəsinə həvalə edilib.

Qeyd edək ki, 15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozması aşkar olunub.

Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
545 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti