Xəzər Xəbər

İxtisas magistraturasına qəbul olmaq istəyən bakalavrların nəzərinə

Cəmiyyət | 18:59 • 14 May 2021
İxtisas magistraturasına qəbul olmaq istəyən bakalavrların nəzərinə

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar magistraturaya qəbul imtahanının test mərhələsindən sonra qabiliyyət imtahanı da verirlər.

Bu barədə xezerxeber.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, bu ixtisaslaşmalar üzrə magistraturaya qəbul imtahanında müsabiqə şərtini ödəmiş bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramlarını seçə bilərlər.

Müsabiqə şərtlərini ödəmiş bakalavrlar DİM-in müəyyən etdiyi tarixlərdə Mərkəzin saytının müvafiq səhifəsinə daxil olaraq müvafiq proqramları seçərək qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçəcəklər.

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı "Abituriyent" jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

Ali təhsil müəssislərinin magistratura səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimi cədvəli ilə DİM-in saytında tanış olmaq mümkündür.

Xəbər lenti