Xəzər Xəbər

Peyvənd olunanlar maska taxmaya bilər

Cəmiyyət | 09:03 • 14 May 2021
Peyvənd olunanlar maska taxmaya bilər

ABŞ-da COVID-19 infeksiyasına qarşı peyvənd olunan şəxslərin daha tibbi maska taxmasına və sosial məsafə gözləməsinə ehtiyac yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski virtual brifinqdə çıxış edərkən deyib.

R.Valenski qeyd edib ki, tam peyvənd olunmuş şəxslər maska taxmadan və sosial məsafə saxlamadan qapalı yerlərdə və açıq havada keçirilən tədbirlərdə sərbəst iştirak edə bilərlər. O deyib ki, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yenilənmiş qaydaları İsraildə və ABŞ-da keçirilmiş elmi tədqiqatların nəticələrinə əsaslanır. “Amerika Tibbi Assosiasiyasının Jurnalı”nda dərc edilmiş İsrail alimlərinin apardığı tədqiqatın nəticələrinə görə, peyvənd COVID-19 qarşı 97 faiz effektlilik göstərib. Bundan əlavə, 5 mindən çox səhiyyə işçisindəki asimptomatik infeksiyaya qarşı 86 faiz təsirli olduğunu göstərib.

Yeni qaydalarla yanaşı, mərkəzin direktoru qeyd edib ki, peyvənd olanların təyyarələrdə, qatarlarda, avtobuslarda tibbi maska taxmaqları vacibdir. Xəstəxanalar, qocalar evləri və həbsxanalar kimi bir sıra qurumlara da daxil olarkən tibbi maska lazımdır.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti