Xəzər Xəbər

Ermənilər Füzulidə ən çox bu əraziləri minalayıblar

Cəmiyyət | 13:53 • 8 May 2021
Ermənilər Füzulidə ən çox bu əraziləri minalayıblar

“Hazırda Füzulidə asfalt yolun bərpası həyata keçirilir. Bu səbəbdən əsasən təmas xəttindən keçən yoldakı minaları təmizləyirik. Yalnız bundan sonra asfalt xətti genişləndirilərək orada yenidən təmir işləri aparılır”.

XəzərXəbər xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 1 saylı təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.

Onun sözlərinə görə, təmizləmə bir neçə üsulla aparılır: “Bunlardan biri əllə təmizləmədir ki, bu zaman əməkdaşlar detektor və digər cihazlardan istifadə edirlər. İkinci üsul xüsusi təlim görmüş itlərin vasitəsilə ərazidəki partlamamış hərbi sursatlar axtarılır. Üçüncü üsul isə mexanika vasitəsilə minaların təmizlənməsidir. Hazırda təmizləmə əməliyyatları davam edir. Ərazidə aşkar olunan partlamış hərbi sursatlar aşkar edilərək gün sonunda partladılır”.

ANAMA rəsmisi bildirib ki, hazırda ərazidə olan 13 km ən təhlükəli ərazi olaraq qiymətləndirilir: “Ərazinin artıq 8 km-i minalardan təmizlənib. 5 km üzərində hazırda iş gedir. Ən çox mina təmas xəttindədir. Təmas xəttinə ən yaxın yerdə təxminən 8-9 mina sahəsi yerləşir”.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti