Xəzər Xəbər

Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət | 16:36 • 6 May 2021
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 777 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4290, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 487 nəfərdir.

Azərbaycanda ümumilikdə vurulan vaksinlərin sayı 1 593 883, birinci mərhələüzrəvaksinasiya olunanların sayı 992 252, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 601 631 nəfərdir.

Xəbər lenti