Xəzər Xəbər

Bakıda göydən daş yağır: Ağlaylı binalar ölüm saçır

Cəmiyyət | 11:51 • 6 May 2021
Bakıda göydən daş yağır: Ağlaylı binalar ölüm saçır

"Həmin üzlük daşların altındakı sementin istismar müddəti başa çatdıqda sement ovulur, daşlar qopur. Bu isə insanların həyatı üçün təhlükə yaradır".

Bir neçə gün öncə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsindəki yaşayış binasından düşən daş plitəsi həmin binada yaşayan 14 yaşlı Əli Şabanovu ağır yaraladı. Yeniyetmə həkimlərin səyinə rəğmən, mayın 5-də, axşam saatlarında keçindi. Hazırda Bakıda üzlük daş vurulan köhnə binaların çoxu minlərlə sakini Əlinin başına gələn bədbəxt hadisə ilə üz-üzə qoyur. Bakının küləklər şəhəri olduğunu da nəzərə alsaq, bu problemin insanlar üçün nə qədər təhlükə yaratdığı göz önündədir.

Paytaxtda apardığımız müşahidələr zamanı müxtəlif ərazilərdə köhnə yaşayış binalarının üzlük daşlarının qopduğu məlum olub. Bakının Yasamal, Nəsimi, Səbail rayonu ərazilərində belə binalara rast gəlmək mümkündür. Xüsusilə binanın yuxarı hissəsinə vurulan daş plitələrin çoxunun qopduğu, digərlərinin isə hər an qoparaq yerə düşmə təhlükəsi olduğu açıq görünür. Elə paytaxt sakinləri də bu təhlükədən narahatdırlar. Bakının Səbail rayon sakini Nurlan Məmmədli deyir ki, köhnə yaşayış binalarının üzlük daşlarının istifadə müddəti bitsə də, bu daşlar nədənsə sökülmür. Sakin bunun nəinki ərazidə yaşayanlar, belə binaların yaxınlığından keçənlər üçün də təhlükə yaratdığını söyləyir.

Əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev də açıqlamasında Bakıda "xruşşovka", "fransız" layihəli və arxitektur layihəli binalarda bu təhlükənin olduğunu söyləyir. Onun sözlərinə görə, 80 və 100 il bundan öncə inşa olunan, istismar müddəti başa çatan binaların çoxu qəzalı vəziyyətdədir: "Paytaxtda köhnədən qalan binalar var ki, inşa olunduğu vaxt divarı daş plitələrlə üzlənib. Həmin üzlük daşların altındakı sementin istismar müddəti başa çatdıqda sement ovulur, daşlar qopur. Bu isə insanların həyatı üçün təhlükə yaradır".

E.Fərzəliyev deyir ki, burada çıxış yolu bina qəzalı vəziyyətdədirsə, sökülməsi, qəzalı vəziyyətdə deyilsə, üzlüyünün sökülüb boyanmasındadır. Ekspert hazırda yeni tikilən binalara üzlük daşlarının vurulması təcrübəsinin olduğunu bildirir. Onun sözlərinə görə, binaların çoxunun ağır ağlay daşlarla üzlənməsi binanı ağırlaşdırır:

"Binanı inşa edən tikinti şirkətləri hörgünü kərpiclə hörüb binanı ağlay daşla üzləyir. Ağlay daşla üzləmək binanın xərcini, oradakı mənzillərin qiymətini də bahalaşdırır. Daş üzlük üçün xərclənən vəsaitlə binanı dəfələrlə boyamaq olar. Ancaq nəzərə alınmalıdır ki, gələcəkdə bu binalar da təhlükə mənbəyinə çevriləcək"./Sputnik Azərbaycan

Rubrikanın digər xəbərləri

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi YARADILDI
16:16 • 18 Mart 2024
Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq BAYRAM TƏQVİMİ
15:42 • 18 Mart 2024
Növbəti köç karvanı Füzuliyə
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:15 • 18 Mart 2024
Bakı metrosu gücləndirilmiş iş rejiminə
Bakı metrosu gücləndirilmiş iş rejiminə KEÇİR
11:44 • 18 Mart 2024
AZAL Londonun daha bir hava limanına uçuşlara
AZAL Londonun daha bir hava limanına uçuşlara BAŞLADI
10:50 • 18 Mart 2024
Sosial ödənişlərlə bağlı
Sosial ödənişlərlə bağlı VACİB MƏLUMAT
10:20 • 18 Mart 2024
Bakıda havada toz müşahidə olunur
Bakıda havada toz müşahidə olunur AÇIQLAMA
09:35 • 18 Mart 2024

Xəbər lenti