Xəzər Xəbər

Soğan şirəsinin bilmədiyimiz faydaları

Cəmiyyət | 15:40 • 4 May 2021
Soğan şirəsinin bilmədiyimiz faydaları

Soğan şirəsi təbabətdə müxtəlif yaraları tez bitişdirib sağaldan, qrip əleyhinə, bəlğəmgətirən, sidikqovucu, işlətmə zamanı, babasilə qarşı dərman kimi məşhurdur. Bu şirədən müntəzəm istifadə etsəniz dişlərinizi möhkəmləndirər və saçlarınızın tökülməsinin qarşısını ala bilər.

Bunu AZƏRTAC-a biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Əsgərov soğan şirəsinin faydalarından danışarkən deyib.

O qeyd edib ki, soğan şirəsi, həmçinin həzmi və iştahanı yaxşılaşdırır, gözlərin görmə qabiliyyətini artırır. Əgər böyrəkdə daş xəstəliyi varsa, bu zaman oradan qumun sorulmasına yardım edir. Bu şirə, eyni zamanda, möhkəm zökəm, arıqlama, baş ağrısı və çibanlara qarşı da dərman kimi məsləhət görülür.

Soğan çox faydalı tərəvəzdir. Lakin tək soğan deyil, onun qabıqları da çox faydalıdır.

Soğan qabığı insanın:

- immun sistemini möhkəmləndirir;

- iltihab əleyhinə və antiseptik təsirə malikdir;

- aterosklerozla mübarizə aparır;

- ürək əzələsinin və damarların tonusunu artırır;

- qan dövranını yaxşılaşdırır;

- qanda xolesterinin səviyyəsini azaldır;

- sidik və öd qovucu təsir edir;

- qadınlarda və kişilərdə sidik-cinsiyyət sistemi iltihabları, qadınlarda menstruasiya funksiyasının pozulması zamanı yaxşı təsir edir;

- orqanizmi şlaklardan və toksinlərdən təmizləyir;

- yaraların, yanıqların daha tez sağalmasına kömək edir;

- xərçəng əleyhinə təsir edir və s.

Ələmdar Əsgərovun sözlərinə görə, soğan dəmləməsi təbabətdə geniş istifadə olunur. Dəmləməni hazırlamaq üçün xırda doğranmış 2 xörək qaşığı soğan qabıqlarının üzərinə 400 ml qaynar su əlavə olunur və 15 dəqiqə ərzində dəmdə qalır. Daha sonra dəmləmə soyudulur və süzülür.

Bu dəmləmə aşağıdakı hallarda uğurla istifadə oluna bilər:

- angina zamanı qarqara şəklində;

- bronxit zamanı (1 xörək qaşığı soğan qabıqları dəmləməsi + 1 xörək qaşığı bal isti südə əlavə olunur və axşam yatmazdan əvvəl içilir);

- soyuqdəymə zamanı (2 xörək qaşığı soğan qabığı dəmləməsinə 1 çay qaşığı bal əlavə olunur və gündə 3 dəfə qəbul olunur);

- yaz və payız avitaminozları zamanı (1 stəkan soğan qabığı dəmləməsi + 1/2 stəkan limon şirəsi qarışdırılır və gün ərzində 2 dəfə yeməkdən sonra 1/3 stəkan içilir). Müalicə kursu 21 gündür;

- damaqların iltihabları zamanı (Dəmləmə ilə gün ərzində 3 dəfə qarqara edilir);

Soğan qabığı digər xəstəliklər və pozulmalar zamanı da uğurla istifadə edilir. İstifadədən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti