Bakı 19 ℃
Xəzər Xəbər
USD 1.7

8 və 16 may tarixlərində avtobuslar işləyəcək? - BNA-dan AÇIQLAMA

BNA 8 və 16 may tarixlərində avtobusların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib
Cəmiyyət | 174 | 12:12 • 4 May 2021
8 və 16 may tarixlərində avtobuslar işləyəcək? - BNA-dan AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi 8 və 16 may tarixlərində avtobusların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib. 

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin APA-ya verdiyi xəbərə görə, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarına əsasən, 8 və 16 may rəsmi iş günləri hesab edilir. 

Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək. 

Qeyd edək ki, mayın 9-u saat 00.00-dan mayın 16-sı saat 06.00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. 

Çox oxunanlar

Bir həftə iş olmayacaq
523 | 17:16 • 19 Aprel 2021