Xəzər Xəbər

Bunu edən sürücülər cərimələnməyəcək - VACİB AÇIQLAMA

Cəmiyyət | 18:45 • 28 Aprel 2021
Bunu edən sürücülər cərimələnməyəcək - VACİB AÇIQLAMA

"Şənbə-bazar günləri ictimai nəqliyyat işləmədiyi üçün avtobus zolaqlarından istifadədə məhdudiyyət yoxdur”. 

 
XəzərXəbər-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
 
O qeyd edib ki, pandemiyaya görə hava nəqliyyatı üzrə uçuşlar dayandığı üçün Operativ Qərargahın qərarı ilə Hava limanı istiqamətində ekspress avtobuslar dayandırılıb. Bunun açılıb-açılmaması da Operativ Qərargahdan asılıdır. 
 
O, eyni zamanda avtobusların sayının artırılması məsələsinə də aydınlıq gətirib: "Avtobus sayını yox, yolunu artırmalıyıq. Metro bağlı olduğu üçün nə qədər avtobus çıxarsaq da, mümkün deyil”.

Xəbər lenti