Xəzər Xəbər

İctimai yerlərdə beş nəfər koronavirus xəstəsi aşkarlanaraq saxlanılıb

Cəmiyyət | 10:42 • 28 Aprel 2021
İctimai yerlərdə beş nəfər koronavirus xəstəsi aşkarlanaraq saxlanılıb

Aprelin 27-də respublika ərazisində beş nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə bir nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

DİN bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
541 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti