Xəzər Xəbər

Oruc tutanların COVİD-ə yoluxma riski böyükdür? - İnfeksionist AÇIQLADI

Cəmiyyət | 14:18 • 20 Aprel 2021
Oruc tutanların COVİD-ə yoluxma riski böyükdür? - İnfeksionist AÇIQLADI

Bol maye qəbul etmək COVİD-ə yoluxma riskini azaltmaqla yanaşı, yoluxan əksər şəxslər üçün xəstəlikdən yüngül xilas olmağa imkan yaradır. Nəzərə alsaq ki, indi Ramazan ayıdır və ölkəmizdə hazırda minlərlə insan oruc tutur, o zaman onların əvvəlki günlərlə müqayisədə maye qəbul etmək imkanı məhdudlaşır.

Bu amili nəzərə alanda insanları düşündürən bir sual ortaya çıxır: adi günlərdə tez-tez maye qəbul edən şəxs indi oruc tutduğu üçün günün böyük yarısını maye içmədən keçirməli olursa, həmin şəxslərin virusa yoluxmaq ehtimalı varmı? 

XəzərXəbər xəbər verir ki, milli.Az bununla bağlı həkim-infeksionist İlhamə Abbasovanın fikirlərini öyrənib:

"Orqanizmin 80%-i sudan ibarət olduğu üçün su bizə vacib içəçəkdir. Hər bir insanın günlük su balansı 2-3 litr arasıdır, iftardan imsaka kimi qəbul etmək olar. Düzgün qidalanma olsa və kompleks vitamin qəbul edilsə orqanizm zəifləməz. Qaldı ki, COVİD virusu baxmır immunitet var ya yoxdu, hər kəs yoluxa bilər. Sadəcə yüngül və ağır keçirmə orqanizmdən aslıdır. İftarda bol maye, tərəvəz, meyvə, az zülal, şəkər və karbohidratdan uzaq olmaq məsləhətdir.

Ramazan ayı ildə bir dəfə olur, əgər sağlamlığı yol verirsə hər bir müsəlman orucunu tutmalıdır. Oruc tuturam deyə COVİD olacağam, ya da COVİD olmamaq üçün oruc tutmayım deyə fikir yanlışdır".

Xəbər lenti