Xəzər Xəbər

Əhalinin NƏZƏRİNƏ: Bu gündən bütün ölkə üzrə dayandırılır

Cəmiyyət | 09:58 • 15 Aprel 2021
Əhalinin NƏZƏRİNƏ: Bu gündən bütün ölkə üzrə dayandırılır

Bu gündən etibarən "Azəristiliktəchizat" ASC Bakıda və regionlarda istilik təchizatını dayandıracaq.

Bu barədə XəzərXəbər-ə açıqlama verən ASC-nin şöbə müdiri Rafiq Əliyev bildirib ki, bəzi dağlıq və dağətəyi rayonlarda istilik təchizatı mayın 1-nə qədər davam edəcək: "Ümumilikdə 3800 yaşayış binasına, həmçinin layihə üzrə 287 orta məktəbə, 162 uşaq bağçasına, 160 səhiyyə müəssisəsinə və 1800-ə yaxın digər sosial-təsərrüfat obyektinə verilən istilik bu gündən dayandırılır. Bu isə 559 qazanxana və 90 istilik məntəqəsinin fəaliyyətini dayandırması deməkdir. Bu qərar isti su ilə təmin etdiyimiz abunəçilərə şamil edilmir".

Xatırladaq ki, Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də başa çatır.

Xəbər lenti