Xəzər Xəbər

Bakıda tıxac avtobusların hərəkətində çətinliklər yaratdı

Cəmiyyət | 09:44 • 15 Aprel 2021
Bakıda tıxac avtobusların hərəkətində çətinliklər yaratdı

Bakıda avtomobil yollarında yaranan tıxac marşrut avtobuslarının hərəkətinə maneələr yaradıb.

Bunu XəzərXəbər-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, hazırda paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Sıxlıq səbəbindən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkəti də çətinləşib, intervallarda gecikmələr yaranır.

Xəbər lenti