Xəzər Xəbər

Bu gün 8 124 şagird imtahandan keçirir

Cəmiyyət | 09:22 • 15 Aprel 2021
Bu gün 8 124 şagird imtahandan keçirir

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM-dən XəzərXəbər-ə daxil olan xəbərə görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bu gün keçiriləcək buraxılış imtahanında 8124 şagirdin iştirak edəcəyi gözlənilir. Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək şəhər və rayonlar bunlardır: Gəncə şəhərinin Kəpəz rayonu, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı rayonları, Lənkəran və Şirvan şəhərləri.

Xəbər lenti