Xəzər Xəbər

DİQQƏT! Bu şəxslər ətrafdakıları daha çox yoluxdurur

Cəmiyyət | 17:02 • 14 Aprel 2021
DİQQƏT! Bu şəxslər ətrafdakıları daha çox yoluxdurur

Məlum olduğu kimi bəzi insanlar koronavirusun əlamətlərini hiss etməyərək, xəstəliyi ayaqüstü keçirirlər. Bu həmin insanlar üçün müsbət hal olsa da, ətrafdakılar üçün problemli məsələdir. 

 
Çünki belə koronavirus xəstəsi toplum arasında çox olur və ətrafdakıları yoluxdurma riski yaranır.
 
Maraqlıdır, xəstəliyin subklinik formada olması üçün bədəndə nə qədər antitel olmalıdır?
 
Məsələ ətrafında danışan Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının dosenti İlham Bayramov koronavirusu subklinik keçirən şəxslərin daha yüksək yoluxduruculuğa malik olduğunu bildirib:
 
"Dəfələrlə müşahidə edirik ki, adi müayinələr zamanı gənclərdə koronavirus aşkarlanır. Bu şəxslər xəstəliyi subklinik keçirir. Lakin xəstəliyi ayaqüstü keçirən və ciddi əlamətlər olmayan insanlar da yoluxdurucu hesab olunur. Hətta onlar ətrafdakı insanları daha çox yoluxdura bilər. Subklinik formalarda bədən tempraturu 37-37.3 dərəcə olur və yaxud dadbilmə, iybilmə yüngül dərəcədə itə bilir. Xəstəliyin yüngül keçməsi üçün bədəndə 5-dən çox antitelin olması kifayətdir. Bəzən bu rəqəm 3-ə də düşə bilər"./Sfera.az

Xəbər lenti