Xəzər Xəbər

Bu il Azərbaycanda 510 əkiz, 9 üçəm doğulub

Cəmiyyət | 15:39 • 14 Aprel 2021
Bu il Azərbaycanda 510 əkiz, 9 üçəm doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk iki ayı ərzində ölkədə 20 984 doğulmuş körpə qeydə alınıb.

Bu barədə XəzərXəbər-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 13,0 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.

 

Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.

Xəbər lenti

Çox oxunanlar