Xəzər Xəbər

Həftəsonları ictimai nəqliyyat işləyəcək? YENİ TƏKLİF

Cəmiyyət | 13:44 • 14 Aprel 2021
Həftəsonları ictimai nəqliyyat işləyəcək?

"Son həftələr əksər ölkələrdə, o cümlədən Azərbaycanda virusa yoluxanların sayında artımlar müşahidə olunsa da, dövlətlərin pandemiya ilə mübarizə tədbirləri bir-birindən fərqlənir.  Ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən qadağalardan biri də həftəsonları ictimai nəqliyyatın işləməməsidir".

XəzərXəbər xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Facebook" hesabında yazıb. 

O bildirib ki, hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda həftəsonları ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur:

"Bununla belə, xüsusən də şənbə günləri çalışanların bir qismi üçün həftəsonları ictimai nəqliyyatın işləməməsi xüsusi çətinliklər yaradır. Bu baxımdan, həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədə uyğun olardı.

Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur. Məsələn, həftəsonları ictimai nəqliyyatın gecəyarısınadək deyil, səhər saatlarından axşam 20:00-dək işləyə bilər".

Deputat qeyd edib ki, xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı: 

"Bu həftəsonları müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər".

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
536 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti