Xəzər Xəbər

Millət vəkilindən maska ilə bağlı həyəcan təbili: Mütləq tədbir görülməlidir

Cəmiyyət | 10:53 • 13 Aprel 2021
Millət vəkilindən maska ilə bağlı həyəcan təbili: Mütləq tədbir görülməlidir
Son günlər sosial şəbəkədə bəzi insanlar əhalini ictimai yerlərdə tibbi maskalardan istifadə etməməyə səsləyən paylaşımlar edirlər.
 
XəzərXəbər "oxu.az”a istinadən xəbər verir ki, bu çağırışların kortəbii şəkildə, koronavirus infeksiyasının nə dərəcədə təhlükəli ola biləcəyini dərk etmədən digərləri tərəfindən də paylaşılması cəmiyyətdə çaşqınlıq yaradır.
 
Belə ki, koronavirusun yenidən geniş yayıldığı bir zamanda belə paylaşımlar yalnız insanların sağlamlığını təhlükəyə atır.
 
Bu istiqamərdə Milli Məclisin deputatı Musa Quliyevin fikirlərini təqdim edirik:
 
O bildirib ki, bu, çox təhlükəli kampaniyadır:
 
"Bunu kim və haradan yayır, hansı məqsədlə edir, bilmirəm. Amma tibbi maskalardan istifadə etməməyə çağırışlar insanlara ziyan gətirər, nəinki xeyir.
 
Xüsusilə də koronavirus infeksiyasının yeni ştammının ölkəmizdə yayıldığı bir zamanda tibbi maska olmadan ictimai yerlərdə gəzmək sağlamlığa ciddi təhlükədir.
 
Ölkəmizdə yoluxma sayının 3 minə yaxınlaşdığı, ölüm faktlarının da artdığı bir dönəmdə əhali arasında belə bir kampaniya aparmaq düşmənçilikdir.
 
Bu kampaniyanı başladan, davam etdirən şəxslər müəyyən olunmalı və hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin normaları çərçivəsində ciddi tədbirlər görülməlidir”.
 
M.Quliyev onu da əlavə edib ki, gənc və məlumatsız insanların bu kampaniyaya kortəbii şəkildə qoşulması daha da təhlükəli vəziyyət yaradır:
 
"Bəziləri bilə-bilə, bəziləri isə bilmədən bu təbliğata qoşulur. Bu zərərli kampaniyanın bir hissəsi olmaq lazım deyil. Bu, çox zərərli kampaniyaya qarşı insanları ayıq-sayıq olmağa səsləyirəm. Buna qoşulmaq olmaz”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
541 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti