Xəzər Xəbər

Cəbrayıl və Qubadlıda jurnalistlərin iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək

Cəmiyyət | 10:03 • 13 Aprel 2021
Cəbrayıl və Qubadlıda jurnalistlərin iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək

Aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün növbəti səfər Cəbrayıl və Qubadlı rayonlarına təşkil olunub.

XəzərXəbər-in məlumatına görə, nazirliyin mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, tədbir iştirakçıları əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirəcəklər:

"Sonra isə erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutacaq. Səfərin məqsədi işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafızə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxışdır".

İ.İbrahimova əlavə edib ki, səfər zamanı Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə farel balıqlarının çaya buraxılması da baş tutacaq:

"Məqsəd ermənilərin törətdiyi ekoloji terrorun fəsadlarını tədricən aradan qaldırılmasına nail olmaqdır".

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti