Xəzər Xəbər

İnfeksionist: İftar süfrəsində toplaşmalar kütləvi yoluxmaya səbəb ola bilər

Cəmiyyət | 14:19 • 12 Aprel 2021
İnfeksionist: İftar süfrəsində toplaşmalar kütləvi yoluxmaya səbəb ola bilər

“Dünya ölkələrində olduğu kimi Azərbaycan da  COVID-19 pandemiyası ilə mübarizə tədbirlərini davam etdirir”.

XəzərXəbər xəbər verir ki, bunu apa-ya həkim infeksionist Turan İbrahimova deyib. O bildirib ki, son günlərdə koronavirusa yoluxma sayında artım müşahidə olunur: “Artıq bu, bizim üçün yeni bir şey deyil. Biz dəfələrlə bu halı müşahidə etmişik. İnsanlarımız bir-birinə dəstək olaraq bu vəziyyətdən çıxa bilər. Qarşıdan Ramazan ayı gəlir, bayramdır, xalq olaraq böyüklərimizi ziyarət  etməyi çox sevirik. İftar süfrələrində bir araya toplaşmağı, bir-birimizə qonaq getməyi çox sevən millətik. Amma nəzərə almaq lazımdır ki, COVID-ə yoluxma sayı getdikcə artır. Bizim bir araya toplaşmağımız xəstəliyə yoluxma sayını daha da artıra bilər. İnsanların bayramlaşmaq üçün telefonla əlaqə saxlaması bir- birinin evində iftar süfrəsində toplaşmaqdan daha yaxşı olar. Çünki kimdə koronavirusun olub-olmadığını təxmin edə bilmirik”. 

Həkim qeyd edib ki, bəzi  insanlar xəstəliyi assimptomatik keçirirlər: “Onlar özləri belə COVID daşıyıcısı olduqlarının fərqində olmurlar. Həmin şəxslər bir araya gəlməsi, qohumların toplaşması bir nəsildə kütləvi yoluxmaya səbəb ola bilər. Bu baxımdan insanlardan diqqətli olmalarını xahiş edirik.

İnsanlar nə qədər çox bir yerə toplaşarsa, iftar süfrəsi olarsa, yoluxma riski artar. Belə olsa, yoluxma sayında artımı görəcəyik. Buna görə də  hər kəsin evində olmasını xahiş edirəm. İnşallah, bu mübarizədən də qalib çıxacağıq. Bir az səbrli olmaq lazımdır”. 

Xəbər lenti