Xəzər Xəbər

Sabah arabir yağış yağacaq, 24 dərəcəyədək isti olacaq

Cəmiyyət | 13:39 • 12 Aprel 2021
Sabah arabir yağış yağacaq, 24 dərəcəyədək isti olacaq

Aprelin 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, aprelin 13-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-19, Bakıda gecə 9-11, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Aprelin 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.

Aprelin 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
433 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti