Xəzər Xəbər

Zabrat Hava Limanı ərazisində təlim keçirilib

Cəmiyyət | 13:38 • 10 Aprel 2021
Zabrat Hava Limanı ərazisində təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) tərəfindən Zabrat Hava Limanı ərazisində təlim keçirilib. Təlimin keçirilməsində məqsəd şəxsi heyətin qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, təlimə XRXX-nin Kinoloji taborunun 10 nəfərdən ibarət şəxsi heyəti və 10 xüsusi təlim keçmiş xidməti it cəlb olunub.

Təlim zamanı Kinoloji taborun əməkdaşları sərnişinlərin və xidməti personalın təxliyəsi, şərti partlayıcı qurğunun aşkar edilməsi, zərərsizləşdirilməsi və digər operativ tədbirlər üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.

Xəbər lenti