Xəzər Xəbər

Testlər 70 faiz səhv nəticə göstərir, yoluxmalar buna görə artır - XƏBƏRDARLIQ

Cəmiyyət | 13:21 • 10 Aprel 2021
Testlər 70 faiz səhv nəticə göstərir, yoluxmalar buna görə artır - XƏBƏRDARLIQ
Mütəxəssislər COVİD-19-a yoluxanların artması ilə bağlı yeni iddia irəli sürüblər.
 
COVİD-19 PCR test cavablarının yanlış olduğu şübhələri yaranıb. Belə ki, məlumata görə, pandemiyanın ilk dönəmlərində yüzdə 40 səhv ehtimalı olan testlər mutasiyaların ortaya çıxmasından sonra yüzdə 60-70 "yalançı neqativ” nəticələri göstərir.
 
Bildirilib ki, COVİD-19 olduğu düşünülən insanların əksəriyyətinin test nəticələri neqativ olur. Bununla bağlı yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi, türkiyəli həkim Duran Tok qeyd edib ki, birinci, ikinci, hətta üçüncü test nəticələri mənfi olan, lakin virusun əlamətlərini özündə daşıyan xəstələrin sayı getdikcə artır.
 
İstanbulda özəl klinikalardan birində fəaliyyət göstərən digər bir yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis, həkim Gökçe Demir də həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, virusu ağciyərlədə müəyyən etmək də bir çox halda qeyri-mümkündür. 
 
Mütəxəssislər düşünür ki, məhz bu göstəricilər səbəbindən virusa yoluxanların sayı artmaqda davam edir./Sfera.az

Xəbər lenti