Xəzər Xəbər

Həkimlərdən və tibbi xidmətlərin keyfiyyətindən narazı qalan vətəndaşlar kimə və ya hara müraciət etməlidir?

Cəmiyyət | 17:22 • 8 Aprel 2021
Həkimlərdən və tibbi xidmətlərin keyfiyyətindən narazı qalan vətəndaşlar kimə və ya hara müraciət etməlidir?

Həkimlər tərəfindən dövlət və qeyri-dövlət xəstəxanalarına göndərişlərin verilməsi ilə bağlı müraciətlərə tibb müəssisələrinin rəhbərlikləri tərəfindən baxılır. Tibb müəssisəsinin rəhbərliyi tərəfindən müraciətlə bağlı verilən cavab qənaətbəxş olmazsa, vətəndaş agentliyə müraciət edə bilər. Vətəndaş müraciətlərinin qəbulu, onların qanunvericiliyə uyğun araşdırılması və cavablandırılması agentlik üçün prioritet məsələdir.

Xezerxeber.az bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, vətəndaş göstərilmiş tibbi xidmətlərin keyfiyyətindən narazıdırsa və ya tibb personalı tərəfindən ona qarşı hüquq pozuntusuna yol verilibsə, bununla əlaqədar ilk növbədə “Vətəndaş müraciətlərinə baxılması və vətəndaş qəbulunun təşkili haqqında” agentliyin əmrinə əsasən tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa TƏBİB-in 012 310 17 70 nömrəsinə zəng edə, info@tabib.gov.az elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər.

Qeyd olunur ki, tibb müəssisələrinin idarəedilməsi və kadr təminatı, tibb işçilərinin peşə biliyi və bacarıqlarının təkmilləşdirilməsi, həkim sirri ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunma TƏBİB-in səlahiyyətləri çərçivəsində həll olunan məsələlərə aiddir.

"Qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur",-deyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında qeyd olunur. 

Qeyd edək ki, “Vətəndaşların müraciətləri haqqında” Qanun ilə müəyyənləşdirilmiş vətəndaşların müraciətlərinə dair tələblərə uyğun olaraq ad, soyad, ata adı, ünvan, telefon nömrəsi, yaxud işlədiyiniz yeri qeyd etməklə müraciət edilməlidir. Həmçinin müraciətin mətni oxunaqlı olmalı və müraciətdə irəli sürülən tələb aydın şəkildə ifadə olunmalıdır. Lazımi məlumatlar təqdim edilmədiyi halda həmin Qanuna əsasən müraciət anonim sayılır və baxılmamış saxlanılır.

Eyni zamanda vətəndaşın “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığın qorunması sahəsində vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanlara və məhkəməyə müraciət etmək hüququ var.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti