Xəzər Xəbər

Hüququ pozulmuş pasiyentlər Səhiyyə Nazirliyinə deyil, TƏBİB-ə müraciət edəcək

Cəmiyyət | 17:55 • 7 Aprel 2021
Hüququ pozulmuş pasiyentlər Səhiyyə Nazirliyinə deyil, TƏBİB-ə müraciət edəcək

Hüquqları pozulan pasiyentlərin müraciət edə biləcəyi qurumların siyahısına TƏBİB də əlavə olunub.

Xezerxeber.az-ın məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, hüququ pozulan pasiyentər artıq Səhiyyə Nazirliyinə müraciət etməyəcək. Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)- TƏBİB-ə və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə biləcək.

Xəbər lenti