Xəzər Xəbər

Azərbaycanda vaksin olunanların sayı 1 milyonu keçdi

Cəmiyyət | 14:47 • 7 Aprel 2021
Azərbaycanda vaksin olunanların sayı 1 milyonu keçdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43499 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15507 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir.

Xəbər lenti