Xəzər Xəbər

X-XI siniflərdə ənənəvi tədris nə vaxt bərpa ediləcək?

Cəmiyyət | 19:17 • 18 Mart 2021
X-XI siniflərdə ənənəvi tədris nə vaxt bərpa ediləcək?

X-XI siniflərdə ənənəvi tədrisin bərpası pandemiyanın gedişatından asılı olaraq mümkündür. Təbii ki, biz hamının məktəbə getməsini istəyirik.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “facebook” hesabı üzərindən canlı yayımda “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandırarkən deyib.

Nazir qeyd edib ki, Novruz bayramından sonra rəqəmlərə baxılacaq, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləmək lazımdır: “Odur ki, sosial şəbəkələrdə və ya hansısa saytlarda şayiə xarakterli fikirlərə inanmayıb. Rəsmi məlumatlar əasında həyatınızı planlaşdırın”.

Xəbər lenti