Xəzər Xəbər

“Biz anonim şikayətlərə baxmırıq”

Cəmiyyət | 18:22 • 18 Mart 2021
“Biz anonim şikayətlərə baxmırıq”

“Məktəb 1,6 milyon şagird, 150 min müəllim, 50 min texniki işçi deməkdir. Yəni, bunların arasında hər gün xoşagəlməz hallar olma ehtimalı çox böyükdür, istər fərdi konfliktlər, istər hansısa münasibətlərin pozulması və s.”. 

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri təhsil naziri Emin Əmrullayev “facebook” hesabı üzərindən canlı yayımda “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, birinci növbədə məktəblərin özləri, məktəb direktorları, yerli təhsil idarəetmə qurumlarının üzərinə böyük məsuliyyət düşür: “Təhsil Nazirliyi olaraq bizim əsas məsələmiz anonim olmayan şikayətlərdir. Çünki qanunvericiliyə görə, biz anonim şikayətlərə baxmırıq. Şikayət edən adamın kim olduğunu bilmək vacib məsələdir, çünki bu, qanunvericiliyin tələbidir. Amma təbii ki, bu halda şikayət edən adamın hüquqlarını da qoruyuruq. Gün ərzində, məsələn, sizə belə bir e-mail daxil olur, göndərən adamın adı yerinə “korrupsiya-korrupsiya” yazılır və e-maildə hansısa şəxsin məktəbdə xoşagəlməz hadisə ilə məşğul olduğu qeyd olunur. Burada şikayət edənin kim olduğunu başa düşmək olmur ki, bu şikayətin arxasınca gedək. İstədiyimiz budur ki, bacardıqca şikayət edən adamları tanıyaq və şikayətlər əsasında davam edək”.

Xəbər lenti

Çox oxunanlar