Xəzər Xəbər

“Qarabağın zəfər tarixi” fənni IX sinif şagirdlərinə tədris olunacaq

Cəmiyyət | 18:02 • 18 Mart 2021
“Qarabağın zəfər tarixi” fənni IX sinif şagirdlərinə tədris olunacaq

Növbəti ildən məktəblərdə “Qarabağ tarixi” fənninin adı “Qarabağın zəfər tarixi” adı altında IX sinif şagirdlərinə tədris olunacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “facebook” hesabı üzərindən canlı yayımda “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandırarkən deyib.

Nazir vurğulayıb ki, burada əsas məqsəd Qarabağ tarixini, müstəqilliyimizin ilk illərində üzləşdiyimiz hansı səbəblərdən onu itirdiyimiz, həmin dövrün ictimai-siyasi vəziyyəti, uzunmüddətli danışıqlar prosesi, bu dövrdə baş vermiş hadisələrin vətəndaşlarımıza çatdırılması və uşaqlarımıza mənimsədilməsidir. Ən vacibi Azərbaycanın qazandığı zəfərin təhsilimizin məzmununun ana hissəsinə çevirilməsidir.

Xəbər lenti

Çox oxunanlar