Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

Vəziyyət çox pisləşə bilər - Azərbaycanlı həkimdən koronavirus xəbərdarlığı

Karantin tədbirləri sərtləşdirilməsə, dekabrdakı göstəricilərə dönə bilərik
Cəmiyyət | 196 | 14:09 • 8 Mart 2021
Vəziyyət çox pisləşə bilər - Azərbaycanlı həkimdən koronavirus xəbərdarlığı

Azərbaycanda COVID-19-a yoluxma sayı son günlərdə artmağa davam edir. Karantin rejiminin yumşaldılması yoluxma sayının artmasına səbəb oldu. Əvvəlki sərt karantin rejimləri ərəfəsində də bu tendensiya hiss olunurdu.

Bu sözləri açıqlamasında infeksionist Mərdan Əliyev deyib. Həkim bildirib ki, karantin tədbirləri sərtləşdirilməsə, dekabrdakı göstəricilərə dönə bilərik:

“Qarşıdan Novruz bayramı gəlir, insanların bayramlaşmaq ənənəsini nəzərə alsaq, vəziyyət kritik hal ala bilər. Vaksinasiya işləri hələ tamamlanmayıb, havalar isinməyib, odur ki, pandemiya bu bayramda insanları bir-birindən “uzaqlaşdırmağa” davam edəcək. Bayram ərəfəsində müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Bu tendensiya təkcə Azərbaycanda yox, digər ölkələrdə də müşahidə olunmaqdadır”.

M.Əliyev qeyd edib ki, insanlar məsuliyyət hissini itirməməlidir, 3 əsas qaydaya ciddi şəkildə əməl etməliyik:

“Qaydalar sadədir, mütləq şəkildə sosial məsafəni gözləməli və maska taxmalıyıq. Gigiyena qaydalarını da gözləməliyik. Hesab edirəm ki, bu bayramda vəziyyəti nəzarətdə saxlaya bilsək, sonrakı mərhələləri daha rahat aşa biləcəyik”./Publika.az

Çox oxunanlar