Xəzər Xəbər

İmtahan zamanı 2 nəfərdə telefon aşkarlanıb

Cəmiyyət | 16:27 • 7 Mart 2021
İmtahan zamanı 2 nəfərdə telefon aşkarlanıb

İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün bu gün keçirilən buraxılış imtahanı zamanı 2 nəfərdə mobil telefon aşkarlanıb.

DİM-dən xezerxeber.az-a bildirilib ki, mobil telefon aşkarlanan iki nəfər imtahandan xaric edilib.

Qeyd edək ki, martın 9-dan etibarən Dövlət İmtahan Mərkəzində imtahan materiallarının emalına başlanılacaq. İmtahanda istifadə olunan yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Xəbər lenti