Xəzər Xəbər

Qanunsuz ov edənlər saxlanılıb

Cəmiyyət | 15:02 • 5 Mart 2021
Qanunsuz ov edənlər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Minbaşı kəndi ərazisində qanunsuz ov edən Şirvan şəhər sakinləri A.Bədirov və R.Şirəliyevi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, onlardan müvafiq sənədləri olmayan “Tula” və “İJ-58” markalı ov tüfəngləri götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti