Xəzər Xəbər

Bu olsa, qapanmaya gediləcək, başqa çıxış yolu yoxdur - İnfeksionistdən XƏBƏRDARLIQ

İnfeksionist: Qapanmaya getmək istəmiriksə, bayramlarda evimizdə oturaq
Cəmiyyət | 13:54 • 5 Mart 2021
Bu olsa, qapanmaya gediləcək, başqa çıxış yolu yoxdur - İnfeksionistdən XƏBƏRDARLIQ

"İnsanların yoluxma artan zaman baş verə biləcəklərlə bağlı müəyyən təcrübələri var. Biz ölkə olaraq üç dəfə qapanmaya getmişik və sonradan yoluxma sayı enib və yumşaldılmalar olub".

Bunu açıqlamasında tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib

Onun sözlərinə görə, hər dəfə karantin rejimi yumşaldıldıqdan sonra yoluxma sayında artımlar müşahidə edilir:

"Son bir həftədə yoluxmanın artmasını müşahidə edirik. Yoluxma sayı 300-dən yuxarıdır. Qarşıdan da bayram günləri gəlir. Düzdür, adət-ənənələrə görə bayramlar həmişə qeyd olunur və olunmalıdır. Amma hamımız başa düşməliyik ki, bütün dünyada pandemiyadır. Bayram günlərində çox ehtiyatlı davranmaq lazımdır. İmkan daxilində qonaq getməkdən çəkinməliyik. Qapalı məkanlara çox üz tutmamalıyıq. Pandemiya ilə ayaqlaşmalı və məsuliyyətli olmalıyıq. Əgər biz bayramdan sonra sərt karantin dövrünü yaşamaq istəmiriksə, bayram günlərində əks-epidemik tədbirlərinə riayət etməliyik".

"Virusun olduğunu unutsaq, gediş-gəliş çox olsa, bayramdan sonra çox güman yoluxma daha da artacaq. Bu da ciddi qapanmalara getməyi, "SMS icazə" sisteminin bərpasını labüd edəcək. Bu qapanmalar da psixologiyamıza təsir edəcək. Bu səbəbdən əvvəlcədən baş verəcəkləri anlamalı və təhlükənin qapıda olduğunu unutmamalıyıq. Qapanmaya getmək istəmiriksə, bayramlarda zəhmət çəkək hamımız evimizdə oturaq”, - ekspert vurğulayıb./report

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
426 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti