Xəzər Xəbər

Əlillərin işlə təmin edilməsi üçün kvota iki dəfədən çox artırılacaq

Cəmiyyət | 13:37 • 5 Mart 2021
Əlillərin işlə təmin edilməsi üçün kvota iki dəfədən çox artırılacaq

Azərbaycanda yaxın müddətdə əlillər və həssas kateqoriyadan olan digər şəxslər üçün kvotalı iş yerlərinin sayının artırılması üçün işlərə başlanılacaq.

XəzərXəbər-in məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, kvota əsasında işədüzəltməni nəzərdə tutan aktiv məşğulluq tədbiri var. Bu tədbir çərçivəsində ölkə üzrə 2800-ə yaxın kvotalı iş yeri mövcud idi:

"Lakin biz son aylar ərzində ölkə üzrə bütün işəgötürənlərin monitorinqini keçirdik. Müəyyən olundu ki, bizim kvota üzrə 6000-ə yaxın iş yerinin yaradılması imkanı var. Bu, o deməkdir ki, biz əlillərin və həssas kateroqirayadn olan digər şəxslərin işlə təmin edilməsi imkanlarını ən azı iki dəfədən çox artıra bilirik. Biz yaxın müddətdə bu prosesə başlayacağıq".

Xəbər lenti