Xəzər Xəbər

Şagirdlərin qiymətləndirilməsinə başlanıldı

III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirməyə başlanılıb
Cəmiyyət | 10:31 • 5 Mart 2021
Şagirdlərin qiymətləndirilməsinə başlanıldı

II, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirməyə start verilib.

Təhsil Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, qiymətləndirmə prosesi 5-12 mart tarixlərini əhatə edəcək. Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.

7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunub. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçirilir.

Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Xəbər lenti