Xəzər Xəbər

Azərbaycan əhalisinin neçə faizi artıq çəkiyə sahibdir? - Piylənmə dərəcənizi belə hesablayın

2021-ci ilin martın 4-ü Dünya Piylənmə ilə mübarizə Günü kimi qeyd ediləcək.
Cəmiyyət | 15:06 • 4 Mart 2021
Azərbaycan əhalisinin neçə faizi artıq çəkiyə sahibdir? - Piylənmə dərəcənizi belə hesablayın

2021-ci ilin martın 4-ü Dünya Piylənmə ilə mübarizə Günü kimi qeyd ediləcək.
 
XəzərXəbər rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycanda 15 yaşdan yuxarı olan əhalinin orta çəkisi 68,9 kq-dır. Əhalinin 8,1 faizinin çəkisi normadan artıqdır.
 
Statistika göstərir ki, yaş artdıqca normadan artıq çəkiyə sahib olan insanların sayı artır. Belə ki, 15-19 yaş qrupunda olanların 0,2 faizi artıq çəkiyə malik olduğu halda 20-44 yaş qrupunda 3,8 faizi, 45-64 yaş qrupunda 13,5 faizi, 65 yaş və yuxarı yaş qruplarında 14,8 faizi artıq çəkiyə malikdir.
 
Statistika göstərir ki, kişilərlə müqayisədə qadınların daha çox hissəsi artıq çəkidən əziyyət çəkirlər. Kişilərin 3,4 faizi artıq çəkiyə sahib olduğu halda, qadınların 4,8 faizinin artıq çəkisi var. 45-64 yaş qrupunda olan qadınların 8,4 faizi, 65 yaş və daha yuxarı yaşda olan qadınların 9,7 faizi artıq çəkiyə sahibdir. Kişilərdə hər iki yaş qrupu üzrə artıq çəkiyə sahib olanlar 5,1 faizdir.
 
Piylənmə göstəricisini müəyyən etmək üçün çəki boyun metrlə ifadəsinin kvadratına bölünməklə tapılır. Məsələn, boy 1,75 metr, çəki 70 kq-dır. Bu halda bədənin çəkisinin orta indeksi 22,9-dir (70/(1.75*1.75)=70/3,06=22,9).
 
Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə bədənin çəkisinin orta indeksi 18-dən azdırsa – çəki normadan azdır. İndeks 18,5-25 intervalındadırsa – çəki normaldır, indeks 26-30 intervalına düşürsə - bədən piylənmə ərəfəsindədir, indeks 31-dən yuxarıdırsa – bədən həddən artıq piylənmə mərhələsindədir./Sfera.az

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
440 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti